Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli bərpa edildi

12:24 | 03.09.2015
Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli bərpa edildi

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli bərpa edildi

"Hasilat və ixrac əməliyyatları normal qaydada həyata keçirilir"

Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.

Bu barədə "APA-Economics"ə kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

T. Bayatlının sözlərinə görə, hasilat və ixrac əməliyyatları normal qaydada həyata keçirilir.

Xatırladaq ki, avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.

Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.   Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib. Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.

Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tblisi-Ərzurum qaz kəmərində partlayış törədilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb