Bakıda atasının pulunu və qızıllarını oğurlayan şəxs tutuldu

18:00 | 05.09.2017
Bakıda atasının pulunu və qızıllarını oğurlayan şəxs tutuldu

Bakıda atasının pulunu və qızıllarını oğurlayan şəxs tutuldu

Bakı şəhərində atasının pulunu və qızıllarını oğurlayan oğul tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı Polis Bölməsinə müraciət edərək, həmin gün evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlandığını bildirib. 

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov saxlanılıb. 

O, hadisəni törətdiyini etiraf edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb