Bakıda bazarda yanğın

09:45 | 23.01.2019
Bakıda bazarda yanğın

Bakıda bazarda yanğın

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb.

FHN-dən Anews.az-a verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb.

***

Fövqəladə Hallar Nazirliyindən Anews.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb.

Yanğın saat 03:48-də məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb