Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR

18:39 | 24.06.2016
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR

Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR

Rüstəm Qasımov

Dünən, 23 iyun tarixində Bakı Fransız İnstitutunda rəssam Fərəh Əliyevanın müəllif kuklaları sərgisi baş tutub. Tədbirdə Fransa səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Yohan Şiterer iştirak edib, o, Fərəh xanımı fərdi sərgi münasibətiylə təbrik edib, ona yaradıcı uğurlar arzulayıb

Sərginin açılı mərasimində Azərbaycan Rəssamlar İttifaqının Ağalı İbrahimov çıxış edib, İttifaqın digər katibi Rafiq Kərimov isə Fərəh Əliyeva üçün məxsusi yazdığı şeiri oxuyub. 

Fərəh Əliyeva Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq müəllif kuklaları təşkilatının üzvü, Moskva (2011) və Bakı (2011-13-16) biennalesinin iştirakçısıdır. Fərəh xanım 2010-cu ildən bəri müəllif kuklaları sahəsində işləyir. Onun həmçinin gənc istedadlara müəllif kuklaları sənətini öyrədən studiyası fəaliyyət göstərir. 

Fərəh xanımın fərdi sərgisində ekspozisiyaya 18 iş daxil edilmişdi. Rəssam sərgiyə gələn tamaşaçılar milli koloritdəki möhtəşəm kuklaları təqdim edirdi. Rəssamın yaradıcılığının əsas tematikasını fantastika ehtiva edir, üslub baxımından isə onun işləri Şərq və Qərbin zərif sintezindən ibarətdir. Fərəh xanım demək olar ki, bütün janrlarda işləyir, avanqard, klassik, interyer, konseptual və digər janrlarda. 

ANN.Az portalı sərgi zamanı rəssamın özüylə söhbətləşməyə imkan tapıb, Fərəh xanım söhbəti zamanı bu fikirləri bildirib: "Ekspozisiyaya həm yeni işlər, həm də bir neçə il əvvəl yaratdığım kuklalar daxil edilib. Sərgidəki işlərin hazırlanması arasında ümumi məsafə 3 ildir. Sərgidə yaratdığım işlərin yalnız bir qismi, bu sərgi üçün hazırladıqlarım təqdim edilir. Bu dəfə mən qərara gəldim ki, folklor və bizim milli nağıllarım üzərində işlər yaradım. Məsələn, "Göydən üç alma düşdü" kimi nağıl elementini interpretasiya etmişəm, almanı narla əvəz etmişəm, bu mənim sevimli meyvəmdir, işlərimdə onun obrazından tez-tez istifadə edirəm. Bu baxımdan "Nar qız" adlı iş bugünki sərgimin simvolu sayılır. Bir çox janrlarda işləmək faktını nəzərə alaraq, eksperiment eləmək yanğısından imtina edə bilmərəm, bugünkü sərgimə bir çox janrlardadır - milli, konseptual, avanqard, inteyer. Sərgini fərqləndirən cəhətlərdən biri ora milli elementlərin daxil edilməsidir". 

Fərəh xanım tədbirin əsas təşkilatçısı Fransanın Azərbaycandakı səfirliyinə ayrıca təşəkkünü bildirdi. 

Sərgiyə gələn digər qonaqlar da Fərəh xanımı təbrik etdilər və onun fərdi sərgisi haqda ağızdolusu xoş sözlər dedilər. 

Sonda qeyd edək ki, Fərəh Əliyeavının fərdi sərgisinə baş çəkə bilməyənlər bu istəklərini gerçəkləşdirə bilərlər, belə ki, sərgi 26 iyuna qədər davam edəcək. 

Elm, təhsil, maarif və mədəniyyəti təbliğ edən ANN.Az xəbər portalı bu dəfə oxucularına müəllif kuklaları ustası Fərəh Əliyevanın fərdi sərgisindən fotoları təqdim edir. 

Xoş seyrlər: 
 























































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb