Bakıda gənc hündür binalarda qorxulu hərəkətlər edir – VİDEO

10:07 | 30.10.2016
Bakıda gənc hündür binalarda qorxulu hərəkətlər edir – VİDEO

Bakıda gənc hündür binalarda qorxulu hərəkətlər edir – VİDEO

Yəqin ki, rufer haqda eşidənləriniz var. Qalxib çox yüksək yerlərdən əllə sallanırlar. Bütün dünyada yayılan bu ekstrim idman növünə ölkəmizdə də maraq göstərənlər var.

ANN.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, gənc oğlan Rza Məmmədliyə Bakı damlarının qənimi deyirlər. Axtarıb tapdıq və ruferə olan marağının səbəbini soruşduq.

Rufer son illərdə, hündürmərtəbəli binalar tikiləndən sonra məhşurlaşıb. Fransa, Rusiya, Dubay kimi kimi yerlərdə daha çox yayılıb.

Psixoloqlara görə, belə riskli oyunlara həvəsin yaranması insanların özünü sübut etmə istəyindən baş verir. Lakin ekstrim hərəkətlərə psixi və fiziki baxımdan hazır olmaq lazımdır.

Psixoloq Elnur Rüstəmov deyir ki, belə adrenalın ehtiyacı keçicidir. Yaxşı olar ki, adrenalini daha risksiz metodlarla qazanasan.
 
 

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM