Bakıda hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB

16:27 | 25.03.2024
Bakıda hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 kvadratmetr olan dördmərtəbəli otel binasının ikinci mərtəbəsində sahəsi 9 kvadratmetr olan saunanın yanar konstruksiyaları yanıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın zamanı FHN-in müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələrinin müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
 
 14:31

Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub.Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM