Bakıda istirahət mərkəzində FACİƏ

20:55 | 28.05.2018
Bakıda istirahət mərkəzində FACİƏ

Bakıda istirahət mərkəzində FACİƏ

Sumqayıtdan Qobustana istrahətə gələn yeniyetmə ağacdan yıxılaraq ağır xəsarət alıb.

Anews.az report-a istinadən xəbər verir ki, hadisə rayonunda yerləşən əyləncə mərkəzində baş verib.

Sumqayıt şəhər sakini, 2005-ci il təvəllüdlü Elmir Vidadi oğlu Əliyev əyləncə mərkəzində oynayarkən ağaca çıxıb. O, bir anda müvazinətini itirərək yüksəklikdən yerə yıxılıb. E.Əliyev yaxınlıqdakı insanların köməyi ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxandan verilən məlumata görə, E.Əliyev sol ayağının açıq qəlpəli sınığı xəsarəti ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona ilkin yardım göstərilərək paytaxt xəstəxanlarından birinə göndərilib. Həkimlər xəstənin vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM