Bakıda kirayə evlərin QİYMƏTLƏRİ

15:02 | 01.09.2015
Bakıda kirayə evlərin QİYMƏTLƏRİ

Bakıda kirayə evlərin QİYMƏTLƏRİ

Kirayə mənzil bazarında 1 otaqlı mənzillərin qiyməti 359 dollar, 2 otaqlı 525 dollar, 3 otaqlı 656 dollar, 4 otaqlı evlərin qiyməti isə 1107 dollar olaraq qeydə alınıb. 

Oxu.Az xəbər verir ki, bu barədə "MBA Consulting Group” konsaltinq şirkətinin yaydığı son hesabatda deyilir. 

Araşdırmaların aparıldığı son ayda tələb portfelində ucuz evlərin (aylıq kirayə haqqı 500 AZN-ə qədər) payı 55.8%, orta qiymətə olan (500 AZN-1000 AZN aralığında) kirayə evlərinin sayı isə azalaraq ümumi portfelin 36.2% təşkil edir.

Bahalı evlərin (aylıq kirayə haqqı 1000 AZN-dən yuxarı olan) payı isə ümumi portfelin 8.0%-ni təşkil edir. Ay ərzində xüsusən də təklif portfelində daha çox ucuz qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin artması ilə bağlı olub.

Bundan başqa qeyd edək ki, kirayə mənzil bazarında aktivlik artıb. Şirkət buna səbəb kimi təhsil ocaqlarındakı tətilin sona çatması ilə əlaqələndirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb