Bakıda küçə itləri insanlara belə örnək oldu - VİDEO

14:31 | 30.10.2018
Bakıda küçə itləri insanlara belə örnək oldu - VİDEO

Bakıda küçə itləri insanlara belə örnək oldu - VİDEO

Azərbaycanda yol hərəkət qaydalarına riayət edərək piyada keçidindən keçən itlərin görüntüləri yayılıb.

Görüntülər paytaxt ərazisində lentə alınıb. Belə ki, yolun digər hissəsinə keçmək istəyən bir sürü it piyada zolağından istifadə etməklə hər kəsi təəccübləndirib.

Maraqlısı odur ki, sahibsiz küçə itləri yolun qadağan olunmuş yerlərindən deyil, "Zebra” tipli üfüqi nişanlama xətlərinin üzərindən nizamlı şəkildə keçir.

Küçə itlərinin yol hərəkəti qaydalarına riayət etməsi sürücülər arasında da maraqla qarşılanıb. Bəzi sürücülər küçə itlərinin piyada zolağından keçdiyi zaman avtomobillərini saxlasalar da,digərləri yol hərəkəti qaydasını pozaraq piyada zolağından keçən canlıların həyatı üçün təhlükə yaradıblar. Buna baxmayaraq, "Zebra” üzərində olan itlər qayda pozaraq hərəkət edən digər nəqliyyat vasitələrinin keçməsini gözləyib.

A24.Az küçə itlərinin piyada zolağından keçməsini əks etdirən görüntüləri təqdim edir:
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb