Bakıda Novruz festivalı keçiriləcək

10:36 | 17.03.2018
Bakıda Novruz festivalı keçiriləcək

Bakıda Novruz festivalı keçiriləcək

Martın 20-də Bakının Fəvvarələr meydanında Novruz festivalı keçiriləcək.

Kult.az xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq. Festivalda regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı tanınmış müğənnilər iştirak edəcək.

Eyni zamanda bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkalıq nümunələrini yaxından tanımaq imkanı əldə edəcəklər. Meydanda fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq ki, qonaqlar bayram əhvalını tam mənasında yaşaya bilsinlər.

Novruz festivalı martın 20-də 11:00-da başlanacaq və martın 25-də 23:00-da bitəcək

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti