Bakıda növbəti həkim məsuliyyətsizliyi

11:02 | 05.07.2017
Bakıda növbəti həkim məsuliyyətsizliyi

Bakıda növbəti həkim məsuliyyətsizliyi

Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkərlığı nəticəsində dünyasını dəyişib.
 
Bu haqda AZXEBER.COM-a mərhum Turanə Məmmədovanın yaxınları məlumat verib.
 
Onların dediyinə görə, Turanə Məmmədova Qara Qarayevdə yerləşən 7 saylı doğum evində dünyasını dəyişib.
 
Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun uşağı isə dünyaya gəlib.
 
Qara Qarayev Xəstəxanasından portalımıza deyilib ki, məsələylə bağlı ətraflı məlumat veriləcək.
 
AZXEBER.COM xəstəxanada dünyasını dəyişən xanımın fotosunu təqdim edir:
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb