Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu – FOTO

13:23 | 22.07.2019
Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu – FOTO

Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu – FOTO

Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.

Anews.az bildirir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar.

Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.


Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.

Hadisə ilə əlaqədar yasama rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.

Hadisənin görüntülərini təqdim edirik. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb