Bakıda sosial evlərin tikintisinə başlanılır

15:15 | 02.11.2016
Bakıda sosial evlərin tikintisinə başlanılır

Bakıda sosial evlərin tikintisinə başlanılır

Azərbaycanda sosial evlər layihəsinin icrasına artıq başlanılıb.
 
Mənzil İnşaatı Dövlət Agentliyindən ( MİDA) Lent.az-a verilən məlumata görə, Agentlik ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə ilk layihəsinin icrasına artıq başlayıb.

"MİDA” MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM