Bakıda tapılan əl qumbarası zərərsizləşdirildi - VİDEO

12:33 | 18.02.2022
Bakıda tapılan əl qumbarası zərərsizləşdirildi - VİDEO

Bakıda tapılan əl qumbarası zərərsizləşdirildi - VİDEO

Bakının Nizami rayonunda yaşayış binasının həyətyanı ərazisində aşkarlanmış əl qumbarası zərərsizləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM