Bakıda xəttə min yeni avtobusların buraxılmasına ehtiyac var - Ekspert

17:59 | 11.03.2024
Bakıda xəttə min yeni avtobusların buraxılmasına ehtiyac var - Ekspert

Bakıda xəttə min yeni avtobusların buraxılmasına ehtiyac var - Ekspert

Hazırda Bakıda xəttə əlavə min avtobusun buraxılmasına ehtiyac var. Bunu nəqliyyat eksperti Elməddin Muradlı deyib. 
 
"Hesablamalara görə bizə min avtobus lazımdır. Bunun üçün də təxmini 300-500 min vəsait tələb olunur. Bizdə sürücülərin maaşı da aşağıdır. Hardasa 800 manatdır. Həm də sürücü azlığı müşahidə edirik. Çünki bu maaş məbləğində başqa ölkələrə üz tutublar. Problemin kökü rayonlardan gəlir. Təsəvvür edin dövlət kanalında efirə qoşulan şəxs deyir ki, imkansızlıqdan Bakıya taksi sürməyə gəlib və Bakıda qalmağa yeri olmadığı üçün elə öz maşınında yatır", - ekspert martın 11-də  İqdisadi siyasət, sənaye və sahibkarlıq komitəsini "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmə zamanı çıxışında deyib.
 
Nəqliyyat məsələlər üzrə hüquqşünas Ərşad Hüseynov da deyib ki, bütün problemlərin həlli ictimai nəqliyyatdır. 
 
"Dünyada təcrübə də var ki, ən təhlükəsiz nəqliyyat ictimai nəqliyyatdır. Statistikaya baxsaq ən az qəzalar avtobusların iştirakı ilə olan qəzalardır", - hüquqşünas ictimai dinləmə zamanı çıxışında söyləyib. 
 
Martın 11-də  İqdisadi siyasət, sənaye və sahibkarlıq komitəsini "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmə zamanı söyləyib ki, hazırda Bakıda 2000 min avtobus var ki, onun da təxminən yarısı tələblərə cavab vermir. Nazir müavini bildirib ki, Bakıya 100 yeni avtobusun alınması planlaşdırılır. 
 
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM