Bakıda yanan bazara 20 yanğınsöndürn maşın cəlb olunub - YENİLƏNİB+VİDEO

22:36 | 30.06.2016
Bakıda yanan bazara 20 yanğınsöndürn maşın cəlb olunub - YENİLƏNİB+VİDEO

Bakıda yanan bazara 20 yanğınsöndürn maşın cəlb olunub - YENİLƏNİB+VİDEO

Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.
 
Əlavə maşınlar da yoldadır.
 
Bu barədə APA-ya hadisə yerində operativ qərargahdan bildirilib. 
 
 

 
 

 

***
 
22:05 
 
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, güclü yanğın "maşın bazarı"nın girişində baş verib və yanğın təxminən 25 mağazaya yayılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xətai və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürənləri əvvəlcə alovun qarşısını alıblar. Lakin sonradan yanğın bazarın digər hissəsində başlayıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
 
 
 
***
 
21:43 
 
Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.
 
APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. 
 
 
Qeyd: Fotolar "Facebook" sosial şəbəkəsindən Rashad Hasanov adlı istifadəçinin səhifəsindən götürülüb
 
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM