Bakıda yaşayış binasında partlayış yox yanğın olub - YENİLƏNİB

18:06 | 29.01.2018
Bakıda yaşayış binasında partlayış yox yanğın olub - YENİLƏNİB

Bakıda yaşayış binasında partlayış yox yanğın olub - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
 
 FHN-in saytınınn verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.
 
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
Məlumatda o da bildirilir ki, binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil.
 
Əlavə məlumat veriləcək.
_______
 16.22

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Dağıntılar altında qalanların olduğu ehtimalı da var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb