Bakıda yeni ATS-lər istifadəyə verildi

16:37 | 27.05.2015
Bakıda yeni ATS-lər istifadəyə verildi

Bakıda yeni ATS-lər istifadəyə verildi

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ("Baktelekom”) 28 May - Respublika Günü münasibətilə yeni ATS-lər istifadəyə verib.
 
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, Binəqədi qəsəbəsinin yeni salınmış 1 888 abunə tutumu və 256 internet tutumu olan yeni ATS istifadəyə verilib.
 
Bununla yanaşı, Yeni Zığ qəsəbəsində abunə tutumu 1 888 və internet tutumu 928 port, Yeni Balaxanı qəsəbəsində abunə tutumu 1 888 nömrə, internet tutumu 416 port və Nizami rayonunun Q.Qarayev yaşayış massivi sakinləri üçün isə abunə tutumu 1 888 nömrə və internet tutumu 384 port olan NGN tipli ATS-lər quraşdırılıb.
 
Onu da qeyd edək ki, I Avropa Oyunlarını yüksək keyfiyyətli və müasir telekommunikasiya xidmətləri ilə təmin etmək üçün isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən 100 km-dən artıq kabel-kanalizasiya qurğuları tikilib, 250 km-dən çox kabel çəkilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM