Bakıda yüksək sürət qəzaya səbəb oldu - VİDEO

09:08 | 05.03.2019
Bakıda yüksək sürət qəzaya səbəb oldu - VİDEO

Bakıda yüksək sürət qəzaya səbəb oldu - VİDEO

Gecə saatlarında Bakının Nəsimi rayonu, Dəniz limanının yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"VAZ 2107” markalı, 90 ZB 648 dövlət nömrə nişanlı avtomobil "Mercedes” markalı, 99 DG 487 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. 

Nəticədə "VAZ 2107”nin sürücüsü Ceyhun Ağayev və maşında olan sərnişini, eləcə də "Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. 

Qəza zamanı "VAZ 2107” markalı avtomobil yararsız hala düşüb.

İlkin məlumata görə, qəzaya səbəb Ceyhun Ağayevin sürət həddini aşması olub.

Faktla bağlı araşdırma aparılır.
 
oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb