Bakıda zəncirvari qəza –Hərəkət iflic oldu – VİDEO

11:32 | 28.07.2019
Bakıda zəncirvari qəza –Hərəkət iflic oldu – VİDEO

Bakıda zəncirvari qəza –Hərəkət iflic oldu – VİDEO

Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Anews.az  "oxu.az”a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində olub.

Yüklə dolu MAZ markalı yük avtomobili işıqforun qırmızı işığında idarəetməni itirib. Nəticədə o, qarşıdan gələn "İsuzu” markalı kiçiktutumlu yük avtomobilinə çırpılıb.


Qəza nəticəsində "İsuzu” yoldakı "Toyota” markalı minik maşınının üzərinə aşıb. MAZ isə "Mercedes” markalı avtomobillə də toqquşduqdan sonra divara dəyərək dayanıb.

Qəza səbəbindən yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb