Bakıdakı dəhşətli qəzanın TƏFƏRRÜATI - "Avtobus qatarın yoluna çıxıb"

15:26 | 01.10.2018
Bakıdakı dəhşətli qəzanın TƏFƏRRÜATI -

Bakıdakı dəhşətli qəzanın TƏFƏRRÜATI - "Avtobus qatarın yoluna çıxıb"

Bakıda Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarla toqquşub. 

Hadisə şahidlərinin Unikal.org-a verdiyi məlumata görə, qatar gələn zaman qorunan keçiddə avtomobillər hərəkətini dayandırıb. Bu zaman qarşıda olan 160 saylı marşurut xətti ilə hərəkətdə olan avtobus şlaqbauma məhəl qoymayaraq qatarın yoluna çıxıb. Nəticədə ağır qəza baş verib.

Xatırladaq ki, avtobusun toqquşduğu qatar neft çənlərini daşıyırmış.

Qeyd edək ki, qəza nəticəsində 9 yaralı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb. Onlardan biri dünyasını dəyişib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb