Bakıdan İstanbula uçan təyyarə təcili geri qayıtdı

10:17 | 08.05.2018
Bakıdan İstanbula uçan təyyarə təcili geri qayıtdı

Bakıdan İstanbula uçan təyyarə təcili geri qayıtdı

Bakı-İstanbul reysini yerinə yetirən təyyarə texniki səbəbdən geri qayıdıb.
 
Bu barədə AzVision.az-a "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) məlumat verilib.

Yerli vaxtla saat 08:59-da uçan AZAL-ın J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarını qəbul edib.

Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstranbula yola salınacaqlar.

Reysinin statusu yeniləndikcə əlavə məlumat veriləcək. AZAL yaranan narahatlığa görə üzr istəyir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM