Bakının mərkəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq

12:33 | 03.06.2015
Bakının mərkəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq

Bakının mərkəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq

İyunun 6-7-də Bakının bəzi mərkəzi prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Modern.az-a verilən məlumata görə, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi iyunun 6-da günorta saat 16:00-dan növbəti gün, iyunun 7-də gecə saat 2:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Eyni zamanda, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi iyunun 6-da axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Hərəkətin məhdudlaşdırılması 12 iyunda başlayacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb