Bakının mərkəzində motosikletə qadağa - FOTOLAR

15:58 | 31.10.2015
Bakının mərkəzində motosikletə qadağa - FOTOLAR

Bakının mərkəzində motosikletə qadağa - FOTOLAR

Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektində motosikletlərin hərəkətinə qadağa qoyulub.
 
ANN.Az avtosfer.az-a istinadən xəbər verir ki, "Azneft” dairəsindən sağa – Bayıl istiqamətinə dönəndə, daha sonra isə köhnə "İnturist”in qarşısında motosikletin hərəkətini qadağan edən yol nişanları qoyulub.
 
Bundan əlavə, həmin yolun əks tərəfində – Əl Oyunları İdman Sarayının qarşısında da "Azneft” istiqamətinə motosikletlərin hərəkətini qadağan edən yol nişanı var.
 
Bu o deməkdir ki, Neftçilər prospektində motosikletlərin hərəkəti tam qadağan edilir. Bu nişanların tələbini pozan motosiklet sürücülərini 40 manat cərimə gözləyir.
 
 

 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM