Bakının yeni inkişaf hədəfi

16:16 | 23.05.2015
Bakının yeni inkişaf hədəfi

Bakının yeni inkişaf hədəfi

Rusiya və Azərbaycan tərəfi iqtisadiyyatın yeni inkişaf yolunu seçməyə başladılar

"Rusiya və Azərbaycan iqtisadiyyatlarını ofşor şirkətlərdən təmizləmə yolu ilə gedir. Hazırda hər iki ölkədə dünyanın ofşor zonalarındakı kapitalın qaytarılmasını nizama salan qanun layihələri hazırlanır."

ANS PRERSS-in məlumatına görə, bu barədə Pravda.ru saytında məqalə dərc olunub. Bildirilir ki, indi maliyyənin ölkəyə qaytarılması məsələsi dünyanın ən inkişaf etmiş ölkələrində gündəlikdə duran əsas məsələdir. İqtisadiyyatların ofşor şirkətlər problemi son zamanlar dünya epidemiyası olub. Milli şirkətlərin vətənə qayıdışı hüquqi nəzarət prosedurlarını təkmilləşdirir, işgüzar iqlimin və biznesi idarəetmənin keyfiyyətinin yaxşılaşmasına imkan yaradır.

Məqalədə deyilir ki, Azərbaycan bu gün Rusiya və Qazaxıstan ilə bərabər səviyyədə dünya bazarlarının tərəddüdlərinə qarşı dayanan ən möhkəm post-sovet ölkələri qrupuna daxil olur. Son onillikdə Azərbaycan iqtisadi artım templəri üzrə dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Respublika resursları hesabına möhkəm inkişaf yaratmaq niyyətindədir və bunu konkret göstəricilərlə sübut edir. Belə ki, 2014-cü ildə iqtisadiyyatın qeyri-neft sektoru yerli malların və xidmətlərin daxili istehsalının genişləndirilməsi hesabına 7% böyüyub. Yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm və nəqliyyat sahəsində artım qeydə alınıb. Ölkə ixracatyönümlü məhsulun buraxılışı yolları üzrə hərəkət edir, sənaye parklarının və innovasiyaların yaradılmasını fəal şəkildə aparır.

Yazıda vurğulanır ki, Azərbaycan ofşor şirkətlərlə mübarizə məsələsində şimal qonşusunun təcrübəsinə söykənmək imkanına malikdir. Azərbaycanın Vergilər Nazirliyi 2015-ci ilin fevralında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OESR) müşahidəçi statusu alıb. İndi respublikada hazırlanan "Azərbaycan kapitalının qaytarılması haqqında" qanun layihəsi onu göstəririr ki, ölkə rəhbərliyi bu məsələyə xüsusi önəm verir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM