Bakınının üç rayonunun qaz təchizatı məhdudlaşdırılacaq

10:02 | 18.05.2016
Bakınının üç rayonunun qaz təchizatı məhdudlaşdırılacaq

Bakınının üç rayonunun qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş küçə qaz xəttinin mövcud qaz xəttinə qoşulması, Pirallahı qəsəbəsi ərazisində qaz xətləri üzərində quraşdırılmış qaz tənzimləyicinin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 18-də saat 09:00-dan  işlər yekunlaşanadək  Sabunçu rayonunun Maştağa, Bilgəh, Albalılıq və Savalan yaşayış massivində, Suraxanı rayonunun Zirə qəsəbəsinin, həmçinin Xəzər rayonunun Pirallahı və Buzovna qəsəbələrinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM