Bakıda doqquz mərtəbəli binada güclü yanğın, sakinlər təxliyyə olunub - YENİLƏNİB

20:57 | 10.04.2015
Bakıda doqquz mərtəbəli binada güclü yanğın, sakinlər təxliyyə olunub - YENİLƏNİB

Bakıda doqquz mərtəbəli binada güclü yanğın, sakinlər təxliyyə olunub - YENİLƏNİB

Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın bütün binanı əhatə edib

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerində FHN-nin canlı qüvvəsi və texnikası işləyir. 

Məlumata görə, binadakı sakinlərin hamısı təxliyyə olunub. 

Hadisənin baş verdiyi binanın yerləşdiyi Nobel prospekti və Zığ şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 




*** 
 
 
 
"Nargilə” kafesinin yaxınlığında yerləşən binalardan birində güclü yanğın baş verib. 

musavat.com-un xəbərinə görə, Bakının Fəhlə prospektində yerləşən həmin binanı tamamilə alov alıb. 

Hazırda yanğın davam edir və ətrafa zəhərli tüstü yayılır. 

Yanğınsöndürmə briqadaları binanın söndürülməsinə cəlb olunublar. 

Yanğının əhatə dairəsi həddindən artıq geniş olduğundan və güclü külək əsdiyindən yanğını söndürmək çətinlik törədir.


 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM