Balaca aktyorlar öz məharətlərini göstərdilər - FOTO

19:53 | 04.06.2014
Balaca aktyorlar öz məharətlərini göstərdilər - FOTO

Balaca aktyorlar öz məharətlərini göstərdilər - FOTO

Peşəkar Psixologiya Mərkəzi Uşaqların Ümumdünya Müdafiəsi günü ilə bağlı tədbir keçirib. 28 Mall Ticarət Mərkəzində baş tutan tədbirdə mərkəzin direktoru Nuriyyə Quliyeva qeyd edib ki, uşaq hüquqlarının qorunması, onlara diqqət və qayğı ilə yanaşılması vacibdir: “Bizi bunu hansısa gündə etməməliyik. Hər gün hər birimiz uşaq hüquqlarını qorumalı, onlara qayğı ilə yanaşmalıyıq. Azərbaycanda uşaq hüquqlarının qorunması üçün müəyyən işlər görülsə də, bu sahədə ciddi problemlər var”. Mərkəzin Uşaq İnkişaf Klubunun direktoru Tahibə Quliyeva bildirib ki, cəmiyyət uşaqların problemlərinə laqeyd qalmamalıdır: “Əgər bu gün uşaqları qorumuruqsa, gələcəyimizi məhv edirik”. Sonra Azərbaycanın ilk uşaq futbol klubu “Can Bala”nın üzvləri öz məharətlərini göstəriblər, Uşaq Teatr Klubu tərəfindən hazırlanan “Tıq-tıq xanım” və “Qırmızı papaq” tamaşaları səhnələşdirilib. Sonda isə “Səmum” qrupu səhnəyə çıxıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb