Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Balakəndə ictimai nəqliyyatda, o cümlədən, qapalı məkanlarda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Əsassız bəhanələr gətirənlərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.Həmçinin, peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !