Balotelli müğənni ilə dalaşdı

11:12 | 28.01.2014
Balotelli müğənni ilə dalaşdı

Balotelli müğənni ilə dalaşdı

İtaliyanın “Milan” futbol klubunun oyunçusu Mario Balotelli yenidən qalmaqalla rastlaşıb.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı “La Gazzetta dello Sport” nəşri yayıb. Balotelli 21-ci tur çərçivəsində “Kalyari” ilə oyundan sonra dincəlmək üçün Milan şəhərinin elit gecə klublarının birinə gedib və orada İtaliyanın məşhur müğənnisi və teleaparıcısı Françesko Fakkinetti ilə dalaşıb. Dalaşma zamanı tərəflərin heç biri xəsartər almayıb. Olaya mühafizə xidmətinin əməkdaşları tərəfindən aydınlıq gətirilib.Xatırladaq ki, “Milan” həmin oyunun son dəqiqələrində Balotellinin və Patsinin qolları ilə "Kalyari"ni 2-1 hesabı ilə məğlub edib. Dünyaca məşhur, İtaliyanın "Milan" klubunun azarkeşi və idman şərhçisi Tiziano Krudelli canlı yayımda elə qışqırıb ki, az qala sevincindən dəli olsun.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb