Balotelli: "Bu gün "Milan"da son günümdür"

19:00 | 21.08.2014
Balotelli: "Bu gün "Milan"da son günümdür"

Balotelli: "Bu gün "Milan"da son günümdür"

"Milan" klubunun hücumçusu Mario Balotelli yenidən karyerasını İngiltərə Premyer Liqada davam etdirəcək.

Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, qana əsilli futbolçu "Liverpul"un təklifini müsbət qarşılayıb.

"Bu gün "Milan"ın bazasında son günümdür" - deyə Balotelli bildirib. Bu transferin "Liverpul"a 22 milyon avroya başa gəldiyi iddia olunur.

Qeyd edək ki, Balotelli ötən mövsüm keçirdiyi 30 oyunda 14 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xatırladaq ki, 24 yaşlı futbolçu 2010-2013-cü illərdə "Mançester Siti"nin şərəfini qoruyub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM