Banklardakı problem, yoxsa kölgə iqtisadiyyatı? - AÇIQLAMALAR

17:36 | 18.04.2016
Banklardakı problem, yoxsa kölgə iqtisadiyyatı? - AÇIQLAMALAR

Banklardakı problem, yoxsa kölgə iqtisadiyyatı? - AÇIQLAMALAR

"Azərbaycanda bank müştərisi olan hüquqi şəxslərin sayı bu il 23% azalıb”, - bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının hesabatında göstərilib.

Bank müştərilərinin 5 396 922 nəfəri və ya 98%-i fiziki şəxslər, 84 108-i və ya 1,54%-i hüquqi şəxslərdir. İlin əvvəliylə müqayisədə fiziki şəxslər üzrə 210 106 nəfər və ya 3,75%, hüquqi şəxslər üzrə isə 25 249 nəfər və ya 23,1% azalma qeydə alınıb. Mərkəzi Bankın hesabatından göründüyü kimi ilin əvvəli ilə müqayisədə hüquqi şəxslərin sayı 23,1% azalıb.

Bank müştərisi olan hüquqi şəxslərin sayının bu qədər azalması nə ilə əlaqədardır?

Bu sualı ANN.Az-a millət vəkili Vahid Əhmədov və iqtisadçı ekspert Qalib Toğrul şərh etdilər.

"Banklarda çoxsaylı problemlərin olması bank müştərilərinin sayını azaldır” – Vahid Əhmədov
 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bank sahəsində çox ciddi islahatalara ehtiyac olduğunu bir daha diqqətə çatdırdı: "Biz bunu çoxdandır deyirik: bank sistemində islahatlar aparılmalıdır. Bu sistemdə müəyyən (həm kredit portfeli, həm onun likvidliliyi, həm də faizlərlə əlaqədar) problemlər var. Bankların özlərində olduğu kimi bankla əhali arasında da problemlər mövcuddur. Banklarda çox ciddi dollarlaşma gedir. İndi bir çox proses getməlidir. Bu problemlər mövcud olduğundan hüquqi və eləcə də fiziki şəxslərin sayında azalma müşahidə olunur. Maliyyə Bazarlarına Nəzarət Palatası hazırda bu problemləri aradan qaldırmaq üçün işlər həyata keçirir”.

Millət vəkili gələn həftə bank rəhbərləri və işçiləri ilə görüşüb bu problemlərin həlli yollarını tapacağını da vurğuladı: "Buna Milli Məclisdə baxılacaq. Müəyyən qərarlar qəbul edəcəyik. Baxaq görək, bankların hansı problemləri var. Və bunun həlli üçün hansı təkliflər irəli sürülür”.

"Əsas səbəblərdən biri ölkədəki iqtisadi böhranla əlaqədardır” – Qalib Toğrul
 


Ekspert hüquqi şəxslər olan bank müştərilərinin sayının azalmasını, ilk növbədə ölkədəki iqtisadi böhranla əlaqədar olduğunu vurğuladı: "Hazırda böhrana davam gətirməyən hüquqi və fiziki şəxslərin məşğul olduqları istehsal, satış və xidmət sahələrinin bağlanması prosesi davam etdiyindən çox güman, ilin sonuna kimi bu tendensiya davam edəcək”.

İqtisadçı digər səbəbin Azərbaycanda gizli iqtisadiyyatın həcminin böyük olması ilə əlaqələndirdi: "Kölgə iqtisadiyyatının mənsubları adətən, nağd əməliyatlardan istifadə edirlər, bu da bank sektorunun oyundan çıxarılması deməkdir. Bəzi şirkətlər – hüquqi və fiziki şəxslər Vergilər Nazirliyinə müraciət edərək fəaliyyətlərini dayandırdıqlarını bildirirlər, avtomatik olaraq bankların müştəriləri siyahısından çıxırlar. Ancaq çox təəssüf, onların bəziləri fəaliyyətlərini qeyri-qanuni davam etdirərək həm vergidən yayınır, həm də gizli iqtisadiyyatın həcminin böyüməsinə rəvac verirlər”.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb