SOCAR: 2018-ci ildə yeni bitum qurğusu istismara veriləcək

17:40 | 11.05.2016
SOCAR: 2018-ci ildə yeni bitum qurğusu istismara veriləcək

SOCAR: 2018-ci ildə yeni bitum qurğusu istismara veriləcək

"2018-ci ilin yay aylarında 400 min tonluq yeni bitum qurğusunu istismara verməliyik” - bunu jurnalistlərə açıqlamasında SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

ANN.Az xəbər verir ki, bu gün "Grand Hotel Europe"da "Caspian European Club" (Сaspian Business Club) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun iştirakı ilə biznes-forum keçirilib.
 

 
"Artıq bir neçə ildir "Ağ şəhər” layihəsi güclü templə həyata keçirilir. Burda maneəçilik törədən faktorlardan biri məhz "Azneftyağ”ın orda fəaliyyət göstərən bir neçə böyük qurğusunun olmasıdır. Onlardan ikisi neftin ilkin emalı ilə məşğuldur. Bununla yanaşı, zavodda illik məhsuldarlığı 250 min ton olan bitum qurğusu fəaliyyət göstərir. Söhbət ondan gedir ki, bitum qurğusu lazımdır, çünki Azərbaycanda böyük inşaat işləri görülür. Eyni zamanda bu qurğu lazım deyil. Çünki zavod çox köhnədir. Əslində, zavod hüquqi olaraq keçən ilin yanvarından istismardan çıxarılıb. Amma buna baxmayaraq, dediyim iki-üç qurğu fəaliyyət göstərir. Biz hazırda Heydər Əliyev adına neft emalı zavodunda sürətli templərlə modernizasiya işləri aparırıq. İş qrafikində məhz yeni bitum qurğusunun inşasını prioritet kimi qoymuşuq. Və 2018-ci ilin yay aylarında yeni 400 min tonluq bitum qurğusunu istismara verməliyik. Bundan sonra, dərhal "Azneftyağ”da fəaliyyət göstərən həm mövcud bitum qurğusunu, həm də digər qurğularını istismardan çıxaracağıq. Sonra orada təmizlik işləri aparılacaq və tam şəkildə "Ağ Şəhər” layihəsinin icrasına veriləcək” – deyə Tofiq Qəhrəmanov bildirib.

SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun sözlərinə görə, hazırda SOCAR polimer layihəsi icra edir: "Artıq Sumqayıt kimya parkında iki qurğunun tikilməsi planlaşdırılır. Bunlardan "Poliopren” qurğusunun həcmi təqribən 180.000 ton, "Polietilen” qurğusu isə 120.000 ton gücə malikdir. O, layihənin xammalı (yəni polietilen və etilen), "AzərKimya"dan gəlməldir. Eyni zamanda  "Poliopren” xammalı Heydər Əliyev adına neft emal zavodundan kotalitik qurğudan təmin olunmalıdır. Bununla əlaqədar, "AzərKimya”da modernizasiya işləri aparılmalıdır. Ona görə ki, "EP-300" qurğusu bildiyiniz kimi 1970-ci illərdə istismara verilmişdi. Hazırda həm fiziki, həm də mənəvi cəhətdən böyük nöqsanlar, problemlər  var. Buna görə də mütləq şəkildə modernizasiya işləri aparılmalıdır. 2018-2019-cu illərdə bu işlər tam qurtarmalıdır. Artıq işlər başlanıb”.

Vitse-prezident daha sonra SOCAR-ın bu il ərzində sosial layihələrə ayırdığı vəsaitlərin azalıb-azalmamasına da münasibət bildirib:  "Dünya bazarında neftin və qazın qiymətinin düşməsi SOCAR-a mənfi təsiri var. Bu məlum faktdır. Biz çalışırıq həm iri həcmli layihələri, yəni neft və qaza aid layihələrimizdə iştirakımızı məhdudlaşdırmayaq. Sosial məsələlərə gələndə  SOCAR prezidenti Rövnəq Abdullayev hər dəfə mətbuata açıqlamasında deyir ki, çalışırıq minimal dərəcədə sosial məsələlərə mənfi təsirlər olsun”.

T.Qəhrəmanov həmçinin SOCAR-ın "EXİM” bankla əməkdaşlığına da münasibət bildirdi: "SOCAR-ın "Exim Bank”la danışıqları uğurlu aparılıb. Zavod tikintisində bəzi problemlər yaranmaşdı, SOCAR özü və dövlət dəstəyi ilə bu məsələlərlə məşğul olmuşdu. "EXİM” bankdan pullar verilmişdi, veriləcəkdə. Və bu layihə axıra çatdırılacaq”.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM