Banqkokda güclü partlayış - 19 ölü, 120-dən çox yaralı

09:36 | 18.08.2015
Banqkokda güclü partlayış - 19 ölü, 120-dən çox yaralı

Banqkokda güclü partlayış - 19 ölü, 120-dən çox yaralı

Taylandın paytaxtı Banqkokda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 123-ə çatıb.
 
APA-nın "Bangkok Post”-a istinadən verdiyi məlumata görə, insident nəticəsində 19 nəfər ölüb.
 
Zərərçəkənlərin əksəriyyəti xarici turistlərdir. Gücü  5 kq trotil ekvivalentinə bərabər partlayış terror aktı kimi qiymətləndirilib.
 
İlkin ehtimala əsasən, partlayıcı qurğu yolun hərəkət hissəsinə bitişik səkinin kənarında saxlanılan motosikletdə quraşdırılıb.
 
Törədilmiş terror aktı ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb