Barselona"da maaşlar 70 faiz azaldıldı

19:30 | 30.03.2020
Barselona

Barselona"da maaşlar 70 faiz azaldıldı



İspaniyanın "Barselona” klubunun futbolçuları maaşlarının 70 faizindən imtina edəcək.
"Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi şəxsi "İnstagram” hesabı vasitəsilə bildirib. 
33 yaşlı hücumçu klub işçilərinin maaşlarını ala bilməsi üçün komanda yoldaşları ilə birlikdə onların hesablarına müəyyən məbləğin köçürüləcəyini söyləyib. O, çətin dövrdə komandaya kömək məqsədilə bu addımı atdıqlarını vurğulayıb.
Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb