Baş həkimdən vaksinasiya ilə bağlı önəmli çağırış

11:37 | 24.01.2021
Baş həkimdən vaksinasiya ilə bağlı önəmli çağırış

Baş həkimdən vaksinasiya ilə bağlı önəmli çağırış

"Peyvəndləmə koronavirusla mübarizənin əsas halqalarındandır”,  bu sözləri AZƏRTAC-a müsahibəsində 1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova deyib.


"Vaksinasiya pandemiyanın yox olmasına kömək edəcək. Lakin peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz. Pandemiya bitənə qədər maska istifadə edilməli, gigiyena qaydalarına, sosial məsafə prinsiplərinə əməl olunmalıdır. Bu virus sürətlə yayılma qabiliyyətinə malikdir. Hər yeni yoluxma halı bir neçə nəfərin yoluxması və virusun zəncirvari yayılması deməkdir. Ona görə də təkcə vaksinasiyaya arxayın olaraq digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz” – deyə baş həkim bildirib.


Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb