"Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.
Nazirlər Kabineti qərara alıb ki, reaktiv mühərriklər üçün "TC-1” markalı yanacağınbir tonu üçün bir manat rüsum tutulsun.
Reaktiv mühərriklər üçün digər yanacaq növlərinin bir tonuna 80 manat rüsum müəyyən edilib.
Digər məqsədlər üçün kerosin idxalının bir tonuna isə 80 manat rüsum müəyyənləşdirilib.
Nazirlər Kabinetinin bu qərarı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verilib.
Müvafiq qərar fevralın 27-də imzalanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !