Baş nazirin müavini: Su-24 təyyarəsini vuran pilotlar Türkiyədə qiyamda iştirak ediblər

17:00 | 23.07.2016
Baş nazirin müavini: Su-24 təyyarəsini vuran pilotlar Türkiyədə qiyamda iştirak ediblər

Baş nazirin müavini: Su-24 təyyarəsini vuran pilotlar Türkiyədə qiyamda iştirak ediblər

Təyyarəni vurmaq qərarı siyasi olmayıb.

Rusiyanın "Su-24” qırıcı təyyarəsini Türkiyə-Suriya sərhədində vuran pilotlar Türkiyədə dövlət çevrilişi cəhdində iştirak ediblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Mehmet Şimşek G-20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Çində keçirilən görüşündə bildirib.

"Mən Rusiya ictimaiyyətinin təyyarəni vuran pilotların sonradan hərbi çevrilişə cəhdə görə məsuliyyətə cəlb olunduqlarını bilməsini istəyirəm. Bu göstərdi ki, əslində biz gizli planla qarşılaşmışıq”, - M.Şimşek deyib. O əlavə edib ki, təyyarəni vurmaq qərarı "siyasi” olmayıb.

Rusiya ilə münasibətlərə toxunan M.Şimşek bildirib ki, rəsmi Ankara Moskva ilə münasibətlərin yaxşılaşmasına ümid edir.

"Biz Rusiya və Türkiyə arasında dost münasibətlərin bərpa olunmasına görə şadıq. Rusiya bizim ən iri ticarət tərəfdaşımız, qonşumuzdur. Ona görə də Rusiya-Türkiyə münasibətlərinə böyük əhəmiyyət veririk”, - o vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb