Baş Prokurorluqdan daha bir KORRUPSİYA FAKTI

17:18 | 13.11.2013
Baş Prokurorluqdan daha bir KORRUPSİYA FAKTI

Baş Prokurorluqdan daha bir KORRUPSİYA FAKTI

Azərbaycanda Audit Departamentinin təftişçisi barədə cinayət işi açılıb

Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, “Delta Qrup C.O.” MMC-də yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror  yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin Daxili Audit Departamentinin təftişçisi Səməd Cəbrayılovun həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 17 min 212 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1.-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

 Hazırda iş üzrə istintaq davam etdirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb