“Bavariya”nın oyunçusu doqquz dəqiqəyə beş qol vurdu – VİDEO

10:27 | 23.09.2015
“Bavariya”nın oyunçusu doqquz dəqiqəyə beş qol vurdu – VİDEO

“Bavariya”nın oyunçusu doqquz dəqiqəyə beş qol vurdu – VİDEO

Almaniyanın "Bavariya” futbol klubunun polşalı forvardı Robert Levandovski doqquz dəqiqə ərzində "Volfsburqun” qapılarından beş qol keçirərək, ölkə çempionatında rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, bu barədə "R-Sport” yazır.

Münhendə keçirilən matçda Levandovski meydançaya ikinci hissənin 46-cı dəqiqəsində çıxıb. O, qolları 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə vurub.

Futbolçu Bundesliqa tarixində əvəzləmədən sonra meydana çıxaraq beş qol vurmuş, həmçinin ən sürətli het-trik (4 dəqiqəyə) və pokerin (6 dəqiqəyə) oyunçu olub.

Oyun 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. "Volfsburq”un heyətində yeganə qolu 26-cı dəqiqədə Daniel Kalicuri vurub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb