Baxmutda bir həftədə məhv edilən rus əsgərlərinin sayı açıqlanıb

16:36 | 13.03.2023
Baxmutda bir həftədə məhv edilən rus əsgərlərinin sayı açıqlanıb

Baxmutda bir həftədə məhv edilən rus əsgərlərinin sayı açıqlanıb

Ukrayna Prezidenti Zelenski Baxmutda martın 6-dan bəri 1100 Rusiya əsgərinin məhv edildiyini açıqlayıb. Bu barədə Ukrayna mətbuatında nəlumat verilib.

Bildirilir ki, Baxmut şəhərində 1100 Rusiya əsgərinin öldürülüb, 1500-nün isə yaralanıb.
 
Zelenski həmçinin bildirib ki, 10-dan çox Rusiya silah-sursat anbarı məhv edilib.

Ukrayna Baş Qərargahından verilən məlumata görə, Rusiyanın əsas səylərini Liman, Baxmut, Avdiyivka, Marinka və Şahtersk istiqamətlərində hücuma cəmlədiyi bildirilib.

Açıqlamada Baxmut istiqamətindəki Rusiya əsgərlərinin Baxmut şəhərini ələ keçirmək cəhdlərini davam etdirdiyi bildirilib və Ukrayna ordusunun bu istiqamətlərdə Minkivka və Orihovo-Vasilyivka yaşayış məntəqələrində Rusiya ordusunun hücumlarını dəf etdiyi vurğulanıb. 

Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb