Bayden Rusiyaya xəbərdarlıq etdi

09:25 | 15.10.2016
Bayden Rusiyaya xəbərdarlıq etdi

Bayden Rusiyaya xəbərdarlıq etdi

ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq.
 
APA-nın məlumatına görə, bunu ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bəyan edib.
 
"Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, deyə C.Bayden bildirib.
 
Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb