Bayram günlərində qatarların hərəkət cədvəli dəyişəcək

10:03 | 27.12.2023
Bayram günlərində qatarların hərəkət cədvəli dəyişəcək

Bayram günlərində qatarların hərəkət cədvəli dəyişəcək

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində "Bakı Metropoliteni" QSC hərəkət cədvəlində dəyişiklik edəcək. Bu barədə qurumdan bildirilib. 

Dekabrın 31-i və 2024-cü il yanvarın 1-i "28 May-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 2.5 dəqiqəlik intervalla nizamlanacaq. Lakin şəhər mərkəzinə bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlər nəzərə alınaraq, ehtiyat qatarlar günün istənilən vaxtı müxtəlif istiqamətlərdən xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Həmin məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.

Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə gecə çıxacaq paytaxt sakinləri və qonaqların maraqları nəzərə alınaraq, dekabrın 31-dən 2024-cü il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq. Bütün stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

2024-cü il yanvarın 2-dən 6-na qədər "28 May-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti səhər saat 07:00-dan axşam saat 21:00-a qədər 3 dəqiqəlik intervalla tənzimlənəcək. Ancaq sərnişin axınının istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.

"Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, 30 dekabr-7 yanvar iş günləri, 31 dekabr-1 yanvar şənbə günləri və 2-6 yanvar tarixlərində bazar günlərinin hərəkət cədvəlindən istifadə etsinlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb