Bayramda bazar od tutub yanır- Qiymətlər

09:24 | 29.07.2014
Bayramda bazar od tutub yanır- Qiymətlər

Bayramda bazar od tutub yanır- Qiymətlər

Bir ay boyunca tutulan orucdan sonra hamı gözəl bayram süfrəsilə Ramazanı qeyd etmək istəyir. 
ANN.Az-ın ans-ə istinadən məlumatına görə, istəklərlə maddi imkanların uyğun gəlib-gəlmədiyini bilmək üçün paytaxt bazarlarına üz tutduq. Bakının müxtəlif bazarlarında apardığımız müşahidələr zamanı məlum oldu ki, mövsümü meyvələrdə qiymət artımı hiss olunur.
Alıcının sözlərinə görə, bazar od-tutub yanır: “Göyəm 1 AZN, şaftalı 1 AZN 50 qəpiyə bahadır. Bahalıqdır bazara girmək olmur”. 
Üzüm, alma və armudun bir kiloqramının qiyməti 1 AZN-dən başlayır. Hazırda ən çox tələbat hiss olunan şaftalıda da bahadır. 
Bayram süfrəsinin bəzəyi olan plov bişirmək istəyənlər müəyyən mənada artıq pul xərcləməli olacaq. Kişmişin kilosunu 4-10 AZN, "qaysı"nı isə 4-6 AZN-ə almaq olar. Şabalıdın qiyməti isə 8-10 AZN arasında dəyişir. Ramazan ayının gəlişilə xurmaya tələbat artıb. Xurmanın növləri və qiymətləri, gətirildikləri ölkələr kimi müxtəlifdir. 2 AZN-dən 17 AZN-ə kimi. Hətta bir kiloqramı 20 AZN-ə də xurma tapmaq mümkündür.
Dəyişməz qalan isə ətin qiymətidir. Belə ki, mal əti 5-6 AZN arasında dəyişirsə, qoyun ətinin qiyməti 7 AZN-dən başlayır. Bununla yanaşı kartof, soğan, badımcan və lobyanın qiyməti sabit qalıb. Ramazandan əvvəl 1 AZN 50 qəpiyə satılan pomidor, hazırda 50 qəpiklə 1 AZN arasındadır. Xiyarın isə hətta 3 kiloqramını 1 AZN-ə almaq olar. 
Süni qiymət artımının qarşısının alınması işini isə İqtisadiyyat və Sənaye Nazirliyi nəzarətdə saxlayır. Nazirlik isə bəyan edir ki, qiymətləri süni artıranlar cəzalandırılacaq.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb