Belarus xaricdə hərbi əməliyyatlarda iştirakı yasaqlayan hərbi doktrina qəbul etdi

22:11 | 04.04.2016
Belarus xaricdə hərbi əməliyyatlarda iştirakı yasaqlayan hərbi doktrina qəbul etdi

Belarus xaricdə hərbi əməliyyatlarda iştirakı yasaqlayan hərbi doktrina qəbul etdi

Müdafiə naziri: Xaricdə hərbi əməliyyatlarda bu cür iştirak heç bir zaman olmayacaq

Belarus Milli Məclisinin Nümayəndələr Palatası "Belarus Respublikasının Hərbi Doktrinasının təsdiqi haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bu barədə "Report" xəbər verir.

Belarusun müdafiə naziri Andrey Ravkovun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkənin yeni hərbi doktrinası Belarus ordusunun ölkə hüdudlarından kənarda silahlı əməliyyatlarda iştirakını qadağan edir.

Nazirin sözlərinə görə, xaricdə hərbi əməliyyatlarda bu cür iştirak heç bir zaman olmayacaq.
KTMT-yə Təşkilatına Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb