Belarusiya ordusu Rusiya ilə sərhəddə hərbi təlimlərə başladı

14:40 | 04.08.2020
Belarusiya ordusu Rusiya ilə sərhəddə hərbi təlimlərə başladı

Belarusiya ordusu Rusiya ilə sərhəddə hərbi təlimlərə başladı

Belarusiya Müdafiə Nazirliyi Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayacaqlarını açıqlayıb.

Bu barədə Belarusiya Müdafiə Nazirliyinin rəsmisi Natalya Qavrusik ria.ru-ya açıqlamasında bildirib. Avqust ayının 11-də keçirilməsi planlaşırılan təlimdə ordunun aktivliyinin artırılmasının hədəfləndiyi bildirilib. Qavrusik həmçinin bildirib ki, hərbi  xidmətə cəlb olunanların sənədləri və məlumatları da yenilənir. Bu isə səfərbərlik demək deyil. Bu, aidiyyatı dövlət idarələrinin səlahiyyətində olan normal haldır.

Qeyd edək ki, avqustun 9-da Belarusiyada prezident seçkiləri keçiriləcək. Bir çox xarici mətbuatda seçki ərəfəsində Belarusiyada iğtişaşların başlaya biləcəyi və Rusiyanın bu prosesdən öz xeyrinə istifadə edəcəyi barədə məlumatlar yayılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb