Belə selfi çəkdirənlər təhlükədə- onlarla həbs edilən var

22:42 | 30.09.2014
Belə selfi çəkdirənlər təhlükədə- onlarla həbs edilən var

Belə selfi çəkdirənlər təhlükədə- onlarla həbs edilən var

Artıq polis onlarla insanı həbs edib

Hindistanda polis evli olmadan selfi çəkdirən cütlükləri həbs etməyə başlayıb.

ANS PRES-in məlumatına görə, Mumbay polisi "əxlaqı cəhətdən düzgün olmayan" selfilərin çəkilməsində təqsirli bilinən onlarla insanı həbs edib.

Xəbərə görə, Mumbayda Dahisar körpüsündə 20 yaşlarında olan bir qrup gənc oğlan qızlarla birlikdə şəkil çəkdirərkən tutulublar, qızlara toxunan oğlanlara isə pul cəzası kəsilib.

"Əxlaqa zidd" olduğu bildirilən selfilərlə bağlı polisin bu hərəkətləri gələn həftə ölkədə keçiriləcək Navatri festivalı ilə əlaqəli olduğu deyilir. Polisin festival öncəsi bölgədə vəziyyətə nəzarət etdiyi bildirilir.

Mumbay polisi isə açıqlama verib ki, evli olmayan cütlüklərin selfi çəkdirməsinin qarşısının alınması qadınların və qızların hüquqlarının qorunması üçün həyata keçirilir.

Polisin bu addımı yerli əhalidən narazılıqlara səbəb olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb