Berluskoni Putini müdafiə etdi

20:43 | 08.09.2014
Berluskoni Putini müdafiə etdi

Berluskoni Putini müdafiə etdi

Rusiya ilə NATO arasındakı son münasibətlər İtaliyanın keçmiş Baş naziri Silvio Berluskonini narahat etməyə başlayıb.

 

Axar.az xəbər verir ki, Berluskoni dostu Prezident Vladimir Putinin tərəfini saxlayaraq, NATO və Avropa Birliyinin qərarlarını tənqid edib.

 

Keçmiş Baş nazir Qərbin atdığı addımları inanılmaz, izaholunmaz və məsuliyyətsiz adlandırıb.

 

Berluskoni NATO-Rusiya sammitini həmişə özünün xarici siyasətində ən böyük uğuru adlandırıb. Onun sözlərinə görə, Moskvaya qarşı sanksiyalar, Qərbin Ukrayna məsələsinə qarışması və NATO qoşunlarının Şərqi Avropaya yerləşdirilməsi qüvvələr balansını pozub. Berluskoni bunda məhz Vaşinqton və Obamanı günahlandırıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM