Berti Foks millinin heyəti haqqında

14:00 | 17.08.2014
Berti Foks millinin heyəti haqqında

Berti Foks millinin heyəti haqqında

“İndidən Topaz Premyer Liqası barədə fikir yürütmək tezdi. Çempionat yeni başlayıb. Klublarımızın nə durumda olduğuna qarşıdakı turlarda aydınlıq gələcək. Futbolçular hələ öz üzərində işləməlidilər”

Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Topaz Premyer Liqasının II turunda “Xəzər Lənkəran” - “Sumqayıt” matçını (0:1) izləyən almaniyalı mütəxəssis meydan sahiblərinin kapitanı Rahid Əmirquliyevin müdafiənin sağ cinahında yer almasına münasibət bildirib: “Rahid müdafiənin sağ cinahında yer alıb. Bu barədə nəsə deyə bilmərəm. Çünki klubun baş məşqçisinin seçimi belədi. Amma müdafiənin sağ cinahı Əmirquliyev üçün ideal mövqe deyil. Onun əsl oynadığı mövqe hər kəsə bəllidi”.

Millinin Özbəkistanla keçirəcəyi yoldaşlıq görüşünə dəvət etdiyi futbolçular haqqında da danışan Foqtsun fikrincə, həmin heyət ictimaiyyətdə ajiotaj yaratmamalıdı: “Düzdü, komandaya 11 milliləşdirilmiş futbolçu çağırılıb. Amma onlar hamısı Azərbaycan vətəndaşlarıdı. Daha çox gəncləri çağırmışam. Çünki Avropa Liqasının pley-off mərhələsindəki oyunlara förə, “Qarabağ” və “Neftçi”nin futbolçuları millinin düşərgəsində olmayacaqlar. Başqa futbolçuları yoxlamaq imkanımız var. Bunun üçün çağırmışam. Kiyan Soltanpura gəlincə, onu sınayıb, sonra haqqında qərar verəcəm. Məncə, millinin bu heyəti ajiotaj yaratmamalıdı”.

 

Sentyabrın 9-da 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Bakıda Bolqarıstana qarşılaşacaq komandamız bundan 6 gün əvvəl Moskvada Rusiya ilə yoldaşlıq matçında üz-üzə gələcək ki, bu da futbolçularda yorğunluq yarada bilər. Amma Foqtsun sözlərinə görə, burada hansısa problemlə üzləşəcəyindən çəkinmir: 

“Rusiya ilə səfər matçı komandamız üçün heç də asan keçməyəcək. Aradakı vaxta gəlincə, futbolçuların bu yoldaşlıq görüşündən sonra hələ 6 gün vaxtı olacaq. Ona görə də hansısa problemin yaranacağını düşünmürəm”.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb