Bəşər Əsəd İran və Rusiyanın dəstəyini qiymətləndiridi

17:30 | 20.03.2016
Bəşər Əsəd İran və Rusiyanın dəstəyini qiymətləndiridi

Bəşər Əsəd İran və Rusiyanın dəstəyini qiymətləndiridi

Suriya prezidenti Qərb ölkələrini Suriyaya ölkə vətəndaşlarının maraqlarına zidd olan iradəsini diktə etməkdə ittiham edib.


"Suriyanın müttəfiqlərinin ilk növbədə İran və Rusiyanın siyasi və hərbi dəstəyi Suriya xalqının terrorizimlə mübarizə aparmaq üçün birləşməsinə effektiv vasitə olub". ANS PRESS-in məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə İranın xarici əlaqələr üzrə strateji şurasının direktoru Kamal Harrazi ilə görüşü zamanı bildirib.

Prezident qeyd edib ki, dost ölkələrin dəstəyi təhlükəsizliyi bərpa etməyə yardımçı olub və suriyalıların öz ölkəsinin gələcəyini müstəqil şəkildə təyin etmək üçün əlverişli şərait yaradıb.

Bəşər Əsədin sözlərinə görə, Suriya xalqı və onun müttəfiqlərinin terrorizm üzərində qələbəsi dünyada ədalətli və balanslaşdırılmış mühitin yaradılmasına  öz töhfəsini verəcək. Öz nitqində prezident həmçinin Qərb ölkələrini Suriyaya ölkə vətəndaşlarının maraqlarına zidd olan iradəsini diktə etməkdə ittiham edib. O Suriya xalqının ilk növbədə öz dövlətinin suverenliyi üçün mübarizə apardığını vurğulayıb.

Bəşər Əsəd 2000-ci ildən Suriyanın prezidentidir. Ölkədə 5 ildir ki vətəndaş müharibəsi davam edir.  Suriyada hökümətə qarşı etirazlar 15 mart 2011-ci il tarixində başlayıb. Etirazçılar Bəşər Əsədin istefasını və 1963-cü ildən bəri ölkəni idarə edən "Baas Partiyası”nın iqtidardan getməsini tələb edirlər.
Bəşər Əsəd Rusiya və İran tərəfindən dəstəklənir. Qərb ölkələrinin rəhbərləri isə Suriya prezidentinin istefa verməyəcəyi təqdirdə vətəndaş müharibəsinin səngiməyəcəyini hesab edirlər.

Suriyada atəşkəs rejimi 27 fevrala keçən gecə tətbiq olunub. Atəşkəs müxalifət və hökümət qüvvələrinə aiddir. Rejim İŞİD, Əl-Qaidənin Suriya qolu olan "Cəbhat ən-Nüsrə” və BMT tərəfindən terror qruplaşması kimi tanınan və Suriya ərazilərində fəaliyyət göstərən silahlı qruplaşmalara tətbiq edilmir. 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb